Ölkə futbolu
Kavani çempionatımızın bombardiri haqda: "Tez-tez bizə gəlir"
“İnter” və “Neftçi”nin sabiq hüc…
“İnter” və “Neftçi”nin sabiq hücumçusu Valter Quqlemon karyerasını bitirsə də, futboldan uzaq düşməyib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan çempionatında bombardir adına yiyələnmiş 39 yaşlı sabiq forvard ögey qardaşı Edinson Kavaninin meneceri kimi fəaliyyət göstərir.
PSJ-nin formasını geyinən Kavani Fransa mətbuatına müsahibəsində Quqlemon haqda da danışıb. Şəxsi həyatı barədə fikirlərini bildirən ulduz futbolçu ailə üzvlərinə böyük dəyər verdiyini vurğulayıb.
O, Parisdə yaşayan və yanında çalışan Quqlemonla daha yaxın olduğunu qeyd edib: “Boş vaxtım olanda şəhərdən kənara çıxıb, kənd yerinə gedirəm. Dincəlmək, təmiz hava qəbul etməyi xoşlayıram. Adi qaydada öz həyatımı yaşayıram. İnsanın dünyaya baxışı aldığı tərbiyədən asılıdı. Futbol mənim həyatım deyil, işimdi. Mən öz işimi sevə-sevə görürəm. Həyatda topdan da vacib şeylər var, məsələn, ailə. Parisdə 2 ildi həyat yoldaşımla yaşayıram. Bundan əlavə, qardaşım mənimlə işləyir. O, tez-tez bizə gəlir”.
Qeyd edək ki, karyerası ərzində müxtəlif ölkələrdə futbol oynamış Quqlemon 2007-2009-cu illərdə “İnter”də, 2009/2010 mövsümündə isə “Neftçi”də çıxış edib. O, 17 qolla 2008/2009 mövsümündə Azərbaycan çempionatının bombardiri adını qazanıb.
- Milli komanda2024-05-08 12:17
Millimizin gələcək baş məşqçisi Bakıya gəlir
- Milli komanda2024-05-07 14:20
Kunts – AFFA-nın, yoxsa Nəsirovun namizədi?
- Ölkə futbolu2024-05-07 15:32
Şakir mövsüm bitən kimi “Sabah”a qayıdacaq
- Digər idman növləri2024-05-07 15:00
Bakıdakı Dünya Kubokunda növbəti medalçılar müəyyənləşdi