Dünya futbolu
Avropa Liqasında 1/16 final mərhələsinə yekun vuruldu
Avropa Liqasında 1/16 final mərhələsinə yekun vurulub. Futbolinfo…
Avropa Liqasında 1/16 final mərhələsinə yekun vurulub. Futbolinfo.az xəbər verir ki, bu gecə daha 13 qarşılaşma baş tutub.
Qeyd edək ki, ötən gecə baş tutan ilk üç oyundan sonra Rusiyanın “Krasnodar”, Almaniyanın “Şalke” və İngiltərənin “Mançester Yunayted” klubları artıq 1/8 finala vəsiqəni təmin etmişdi. Qalan 13 xoşbəxtin adına isə bu gün aydınlıq gəlib.
"Fənərbaxça"nın ardından Türkiyənin "Osmanlıspor" klubu da Avroliqadakı mübarizəsini dayandırmalı olub. Qardaş ölkə təmsilçilərindən yalnız "Beşiktaş" növbəti mərhələyə vəsiqə qazanıb.
Rusiyanın "Zenit" klubu Belçika "Anderlext"inə doğma meydanda qalib gəlsə də, mübarizəni dayandırıb. Əvəzində "Rostov" "Krasnodar"ın uğurunu təkrarlamağı bacarıb.
Gecənin ən böyük maraq doğuran görüşlərindən biri Florensiyada baş tutub. "Fiorentina" Müngenqladbax "Borussiya"sına doğma meydanda uduzaraq, mübarizəni dayandırıb. "Roma" isə "Vilyarreal"a minimal hesabla uduzsa da, səfərdəki darmadağın sayəsində mərhələ adlayıb.
"Tottenhem"in "Gent"lə mübarizədə ümumi nəticədə uğur qazana bilməməsi də diqqətçəkən olub. Gecənin ən bol qollu matçında Lion "Olimpik"i "AZ Alkmaar"a divan tutub.
Donetsk "Şaxtyor"u isə yeganə əlavə vaxta gedən matçda səfərdə məğlub etdiyi "Selta"ya doğma meydanda uduzmaqla mübarizəni dayandırıb.
Avropa Liqası
1/16 final mərhləsinin cavab oyunları
22 fevral
“Fənərbaxça” (Türkiyə) – “Krasnodar” (Rusiya) – 1:1
İlk oyun – 0:1
“Şalke” (Almaniya) – PAOK (Yunanıstan) – 1:1
İlk oyun – 3:0
“Sent-Etyen” (Fransa) – “Mançester Yunayted” (İngiltərə) – 0:1
İlk oyun – 0:3
23 fevral
“Osmanlıspor” (Türkiyə) – “Olimpiakos” (Yunanıstan) – 0:3
İlk oyun – 0:0
“Ayaks” (Hollandiya) – “Legiya” (Polşa) – 1:0
İlk oyun – 0:0
APOEL (Kipr) – “Atletik” (İspaniya) – 2:0
İlk oyun – 2:3
“Roma” (İtaliya) – “Vilyareal” (İspaniya) – 0:1
İlk oyun – 4:0
“Beşiktaş” (Türkiyə) – “Hapoel” (Beer Şeva, İsrail) – 2:1
İlk oyun – 3:1
“Zenit” (Rusiya) – “Anderlext” (Belçika) – 3:1
İlk oyun – 0:2
“Kopenhagen” (Danimarka) – “Ludoqorets” (Bolqarıstan) – 0:0
İlk oyun – 2:1
“Fiorentina” (İtaliya) – “Borussiya” (Münhenqladbax, Almaniya) – 2:4
İlk oyun – 1:0
“Genk” (Belçika) – “Astra” (Rumıniya) – 1:0
İlk oyun – 2:2
“Olimpik” (Lion, Fransa) – “AZ Alkmaar” (Hollandiya) – 7:1
İlk oyun – 4:1
“Şaxtyor” (Ukrayna) – “Selta” (İspaniya) – 0:2
İlk oyun – 1:0
“Sparta” (Çexiya) – “Rostov” (Rusiya) – 1:1
İlk oyun – 0:4
“Tottenhem” (İngiltərə) – “Gent” (Belçika) – 2:2
İlk oyun – 0:1
- Milli komanda2024-05-08 12:17
Millimizin gələcək baş məşqçisi Bakıya gəlir
- Ölkə futbolu2024-05-08 09:27
Georgiyevski “Neftçi”nin nəticələrini qəbulolunmaz sayır: “Qarabağ” nə qədər güclü olsa da…”
- Digər idman növləri2024-05-07 16:35
Bakı qran-prisi üçün marşalların təliminə başlanılıb
- Milli komanda2024-05-07 22:55
AFFA Ştefan Kuntsla danışıq aparır? – Rəsmi açıqlama