Ölkə futbolu
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
"Qəbələ"nin futbolçusu Elvin Camalov Türkiyə…
"Qəbələ"nin futbolçusu Elvin Camalov Türkiyədə əməliyyat olunub. Futbolinfo.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçinin əməliyyatı İstanbulda – "Acıbadem" Kadıköy Xəstəxanasında baş tutub.
Ortoped-travmotoloq doktor Barış Kocaoğlu tərəfindən gerçəkləşdirilən əməliyyat uğurla sona çatıb. Cərrah bildirib ki, Camalovun 2,5 ay sonra yaşıl meydanlara dönməsi gözlənilir.
Qeyd edək ki, Elvin Topaz Premyer Liqasının XVIII turunun “Zirə” ilə fevralın 12-də keçirilən səfər oyununda (2:2) zədələnmişdi. Doktor Barış Kocaoğlu tərəfindən baş tutan müayinə zamanı onun sağ ayağında qırıq aşkarlanmış və bu üzdən cərrahi müdaxilə zərurəti üzə çıxmışdı.
- Milli komanda2024-05-08 12:17
Millimizin gələcək baş məşqçisi Bakıya gəlir
- Milli komanda2024-05-07 14:20
Kunts – AFFA-nın, yoxsa Nəsirovun namizədi?
- Ölkə futbolu2024-05-07 15:32
Şakir mövsüm bitən kimi “Sabah”a qayıdacaq
- Digər idman növləri2024-05-07 15:00
Bakıdakı Dünya Kubokunda növbəti medalçılar müəyyənləşdi