I Liqa
"Şəmkir"in baş məşqçisi rəsmən bəlli oldu
Birinci Divizionda mübarizə aparan "Şəmkir"in yeni b…
Birinci Divizionda mübarizə aparan "Şəmkir"in yeni baş məşqçisinin adına rəsmən aydınlıq gəlib. Futbolinfo.az xəbər verir ki, sözügedən klubu bundan sonra Badri Kvaratsxeliya çalışdıracaq.
Qeyd edək ki, Şəmkirin eyniadlı təmsilçisini bu mövsüm Qəhrəman Əliyev çalışdırırdı. Amma o, bir neçə gün öncə gözlənilmədən istefa verdi. Məhz bundan sonra Azərbaycana gələn gürcüstanlı mütəxəssisin "Şəmkir"in sükanı arxasına keçəcəyi barədə xəbərlər yayılmağa başlamışdı. Bir neçə dəqiqə öncə isə klubun rəsmi "Facebook" səhifəsində Kvaratsxeliyanın baş məşqçi postuna təyin olunduğu barədə məlumat yayılıb.
Maraq üçün bildirək ki, Kvaratsxeliyanın Gürcüstanla yanaşı, Azərbaycan vətəndaşlığı da var. Dördqat Azərbaycan çempionu olan Badri futbolçu kimi ölkəmizdə "Kəpəz"də və məhz "Şəmkir"də oynayıb. Bundan əlavə o, "Standard" və "Qəbələ" klublarında məşqçi kimi də çalışıb.