Dünya futbolu
"Lester"in yeni baş məşqçisi kim olacaq?
Klaudio Ranyerinin istefaya göndərilməsindən sonra "Leste…
Klaudio Ranyerinin istefaya göndərilməsindən sonra "Lester"in yeni baş məşqçisinin kim olacağı maraqla gözlənilir. Futbolinfo.az xəbər verir ki, son İngiltərə çempionunun baş məşqçi postuna əsas namizəd Qus Hiddinkdi.
Bundan başqa, komandanın mövsümün sonuna kimi Ranyerinin köməkçisi Kreyq Şekspirə tapşırılacağı da gözlənilir.
Ranyerinin istefası ötən gecə rəsmən açıqlansa da, italyan mütəxəssis çərşənbə günü "Sevilya" ilə Çempionlar Liqasındakı səfər matçından İngiltərəyə qayıdan gecə artıq qovulacağını bilirmiş.