Dünya futbolu
Əzizov oynadı, komandası xal itirdi
Futbol üzrə Hollandiya birinci divizionunda (Jupiler Liqa) 28-ci…
Futbol üzrə Hollandiya birinci divizionunda (Jupiler Liqa) 28-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Ziya Əzizovun komandası – "Den Boş" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Emmen"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
Ziya bu görüşə də start heyətdə başlayıb və sonadək oynayıb.
Qeyd edək ki, "Den Boş" 28 turdan sonra 34 xalla 20 komanda arasında 13-cüdür.