Dünya futbolu
Erat yenə oynamadı
Almaniya üçüncü Bundesliqasında 25-ci turun oyu…
Almaniya üçüncü Bundesliqasında 25-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Tuğrul Eratın komandası – "Duysburq" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Verder Bremen II" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
Erat bu görüşü də sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, "Duysburq" 25 turdan sonra 47 xalla 20 klub arasında 1-ci pillədə qərarlaşıb.