Dünya futbolu
Eddi İsrafilov: "Ən azı 1 xala layiq idik"
İspaniya Sequndasında 28-ci turun oyunları çərçivəs…
İspaniya Sequndasında 28-ci turun oyunları çərçivəsində millimizin üzvü Eddi İsrafilovun şərəfini qoruduğu “Kadis” səfərdə “Real Ovyedo”ya 1:2 hesabı ilə məğlub olub. Futbolinfo.az xəbər verir ki, oyuna ehtiyat oyunçular skamyasında başlayan yarımmüafiəçi 31-ci dəqiqədə meydana daxil olub. İsrafilovun meydana çıxmasına kimi hesabda öndə olan kadislilər sonradan 2 top buraxaraq xalsız qalıb.
Qarşılaşmadan sonra 24 yaşlı yarımmüdafiəçi fikirlərini bölüşüb: "Ağır oyun oldu. Qələbə üçün gəlsək də, səhvlərimizdən bunu bacarmadıq. Qalib gələcəyimizə əmin idik. Baxmayaraq ki, rəqib güclü idi və doğma divarlar arasında bizi qəbul edirdi. Oyuna yaxşı start versək də, məğlubiyyətdən qaça bilmədik. Adi səhvlərdən 2 qol buraxdıq. Məncə, ən azı 1 xala layiq idik. Artıq növbəti oyunlara baxmalıyıq. Mübarizəni sona qədər davam etdirəcəyik".
Bu oyundan sonra hesabında 44 xal olan “Kadis” iki pillə geriləyərək 22 komanda arasında 5-ci pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-05-12 10:36
Mahir Xorvatiya çempionu oldu
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-12 08:45
Elxan Məmmədov – Mərdəkandan Kürdəxanıya yollanmaq üçün səbəb var