Ölkə futbolu
AFFA yenə limiti dəyişir?!
AFFA legioner limitini yenə dəyişmək istəyir. Klubların mür…
AFFA legioner limitini yenə dəyişmək istəyir. Klubların müraciətlərini nəzərə alan qurum yeni mövsümün startına kimi bu məsələyə bir daha baxacaq.
AFFA-nın martın 16-da baş tutacaq Hesabat-Seçki Konfransında və İcraiyyə Komitəsinin iclasında limitin müzakirəsi mümkündü. Hətta bu, baş verməsə də, qarşıdakı aylarda İK bu məsələyə görə mütləq bir araya gələcək. Klublar, xüsusilə də “Qəbələ” və “Neftçi” legioner limitinin qaldırılması üçün israr edir.
Hazırda Premyer Liqada limit 6+5 formasındadı. Belə ki, klublar start heyətində 6 əcnəbiyə güvənir. Lakin ölkədə səviyyəli yerli futbolçu qıtlığı bəzi klubların işinə mane olur. Xüsusilə əcnəbi futbolçusu çox olan “Qəbələ” və “Neftçi” bundan narazıdı. Riçard Almeydanın milliləşdirilməsindən sonra yerli oyunçu arsenalı daha da genişlənən “Qarabağ”, eləcə də maddi durum üzündən onsuz da əcnəbi almaq imkanı olmayan digərləri bunun əleyhinə olsa da, sözügedən cütlük dəyişikliyə nail olmaqda israrlıdı.
Artıq limitin necə dəyişəcəyi də bəllidi. AFFA 7+4 variantına üstünlük verməyə hazırlaşır. 4 yerlidən birinin 23 yaşı tamam olmamış futbolçu olması nəzərdə tutulub.
- Ölkə futbolu2024-05-12 10:36
Mahir Xorvatiya çempionu oldu
- Premyer-liqa2024-05-11 18:55
“Araz-Naxçıvan” “Turan Tovuz”a uduzdu
- Ölkə futbolu2024-05-12 08:45
Elxan Məmmədov – Mərdəkandan Kürdəxanıya yollanmaq üçün səbəb var
- Digər idman növləri2024-05-11 15:30
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər