Dünya futbolu
Serxio Ramos: "Barselona"nın məğlubiyyəti məni daha xoşbəxt edəcək"
"Real"ın futbolçusu Serxio Ramos Çempionlar L…
"Real"ın futbolçusu Serxio Ramos Çempionlar Liqasının 1/8 finalında "Napoli" ilə cavab oyunundan (3:1) sonra fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, sözügedən qarşılaşmada dubl edərək oyunun qəhrəmanı olan təcrübəli müdafiəçi öncə bunları söyləyib:
"Birinci hissədə rəqib bizi çox çətin vəziyyətə saldı. Ancaq necə qələbə qazanacağımızı bilirdik. İkinci hissə daha asan oldu".
Ramos bu gün keçiriləcək "Barselona" – PSJ görüşünə də toxunub: "Barselona"nın məğlubiyyəti məni daha xoşbəxt edəcək və daha rahat yata biləcəm".