Dünya futbolu
Luis Enrike: "PSJ-yə 6 qol vura bilərik"
"Barselona"nın baş məşqçisi Luis Enrike Çe…
"Barselona"nın baş məşqçisi Luis Enrike Çempionlar Liqasının 1/8 finalının PSJ ilə cavab oyunu üçün təşkil olunan mətbuat konfransında fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, təcrübəli çalışdırıcı inamlı çıxışı ilə diqqət çəkib: "PSJ – çox güclü rəqibdi. Biz həm müdafiədə, həm də hücumda yaxşı oyun göstərməliyik. Qarşıda 90 dəqiqə var. Oyuna yaxşı köklənmişik.
Parisdəki görüşdən indiyə qədər çox şey dəyişib. İndi daha yaxşı oyun göstəririk. Rəqib ilk matçda 4 qol vurubsa, biz də onlara 6 qol vura bilərik. Komandama çox inanıram".