Ölkə futbolu
Ramil Şeydayevin klubunu kubokdan uzaqlaşdırdılar
Futbol üzrə Slovakiya Kubokunda 1/4 final mərhələsinin oyunla…
Futbol üzrə Slovakiya Kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin komandası – "Jilina" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Skaliça" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan 2:3 hesablı məğlubiyyətlə ayrılıb. Nəticədə Slovakiya çempionatının lideri olan "Jilina" ölkə kubokundakı çıxışını dayandırmalı olub.
Ramil bu qarşılaşmanın 46-cı dəqiqəsindən etibarən meydanda olsa da, komandasını xilas edə bilməyib.