Ölkə futbolu
Qriqorçukla Qurbanov 9 pillə irəlilədi
Dünyanın ən yaxşı baş məşqçilərinin yeni reytinq s…
Dünyanın ən yaxşı baş məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb. Futbolinfo.az xəbər verir ki, siyahıda “Qəbələ” və “Qarabağ”ın çalışdırıcıları – Roman Qriqorçuk və Qurban Qurbanovun da adı var.
Ötən cədvəldə 443-cü pillədə olan Ağdam klubunun çalışdırıcısı Qurbanov mövqeyini yaxşılaşdırıb. Təcrübəli mütəxəssis 9 pillə irəliləyərək aktivindəki xalların sayını 1361-ə çatdırıb. O, hazırda 434-cü yerdə qərarlaşıb.
Qurbanov siyahıda Devid Moyes, Roberto Mançini, Rafael Benites, Ərsun Yanal, Tolunay Kafkas, İqor Tüdor və İbrahim Üzülməz kimi təcrübəli baş məşqçiləri qabaqlayıb.
“Qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk da 9 pillə irəliləyib. Ukraynalı mütəxəssis aktivindəki 852 xalla 612-cidir.
Siyahıya isə “Real”ın çalışdırıcısı Zinəddin Zidan başçılıq edir. Onun aktivində 16656 xal var. 2-ci yerdə 14346 xalla “Barselona”nın baş məşqçisi Luis Enrike qərarlaşıb. "Atletiko"nun baş məşqçisi Dieqo Simeone isə 13952 xalla 3-cüdür. “Mançester Siti”nin “sükanı arxasında” olan Pep Qvardiola 11584 xalla 4-cüdür.