Ölkə futbolu
AFFA-nın Apellyasiya Arbitraj Tribunalı "Qəbələ"ni qismən bağışladı
Bu gün AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası ke&c…
Bu gün AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul edilib:
1. AFFA-nın İntizam Komitəsinin “Qəbələ” İK-nın rəsmi şəxsləri Zaur Əzizov, Səbuhi Səfiyarlı, Səməd Nəsibov və Səbuhi Qarayev barəsində çıxardığı 29 saylı, 2 mart 2017-ci il tarixli qərar qüvvədə saxlanılsın.
2. 2016/2017 futbol mövsümü çərçivəsində XXV Topaz Premyer Liqasının XX turunun 28 fevral 2017-ci il tarixində keçirilən “Kəpəz” – “Qəbələ” oyunu zamanı qeydə alınan qayda pozuntusuna dair “Qəbələ” İK-nın futbolçusu Nika Kvekveskiri barədə AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi 2 mart 2017-ci il tarixli qərar qismən dəyişdirilsin. Barəsində intizam tədbiri kimi 6 aylıq sınaq müddəti təyin olunmaqla, futbolçu verilmiş 3 oyunluq cəzanın qalan müddətini çəkməkdən şərti olaraq azad olunsun. 6 aylıq sınaq müddəti ərzində futbolçu Nika Kvekveskiri analoji hərəkətlərə yol verəcəyi təqdirdə, ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunsun.
3. 2016/2017 futbol mövsümü çərçivəsində XXV Topaz Premyer Liqasının XX turunun 28 fevral 2017-ci il tarixində keçirilən “Kəpəz” – “Qəbələ” oyununun birinci hissəsindən sonra qeydə alınan qayda pozuntusuna dair “Qəbələ” İK-nın həkimi Namiq Hüseynov barədə AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi 2 mart 2017-ci il tarixli qərar qismən dəyişdirilsin. Barəsində intizam tədbiri kimi 6 aylıq sınaq müddəti təyin olunmaqla, həkim verilmiş 5 oyunluq cəzanın qalan müddətini çəkməkdən şərti olaraq azad olunsun. 6 aylıq sınaq müddəti ərzində həkim Namiq Hüseynov analoji hərəkətlərə yol verəcəyi təqdirdə, ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunsun.
4. AFFA-nın Hakim-İnspektorlar Komitəsinə bu oyunun təşkili zamanı baş vermiş pozuntu hallarının araşdırılması barədə AFFA-nın Apellyasiya Arbitraj Tribunalına dərhal məlumat verməsi tapşırılsın və gələcəkdə bu cür halların baş verməməsi təmin edilsin.
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Ölkə futbolu2024-05-10 16:20
Kadinin meneceri: “Hələlik “Qarabağ”la danışmamışıq”