Müsahibə
Aqil Məmmədov: "Pulu fikirləşən futbolçular elə Divizionda da qalacaq"
Azərbaycan Birinci Divizionunun 19-cu turunda İmişlinin “Mil-…
Azərbaycan Birinci Divizionunun 19-cu turunda İmişlinin “Mil-Muğan” klubu dogma meydanda “Zaqatala”nı qəbul edib. Futbolinfo.az xəbər verir ki, qarşılaşma qonaqların 1:0 hesablı qələbəsiyla başa çatıb.
Matçdan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Aqil Məmmədov jurnalistlərin sualarını cavablandırıb:
– Düzü məğlub olsaq da, hər iki komadaya təşəkkür edirəm. Belə meydanda maraqlı oyun sərgilədilər. Sürətli, kombinasiyalı oyun izlədik.
– Qış fasiləsindən sonra qalibiyyətlər əldə edib üst sıralara qalxmışdız. Sonra nəsə dəyişdi. Nə baş verdi komandada?
– Birinci Divizionda mübarizı aparamaq çətindi. Futbolçuların səviyyəsi yüksək deyil. Uşaq səhvlərindən qollar buraxıb məğlub oluruq.
– “Mil-Muğan”ın qarşısına hansı məqsəd qoyulub?
– Açığı, heç bir məqsəd qoymayıblar. Sadəcə, biz komanda olaraq istəyirik ki, ortabab olmayaq, üst sıralar uğrunda mübarizə aparaq.
– Son saniyələrdə iki ardıcıl penalti epizodi oldu. Fikriniz maraqı olardı…
– Açığı, bu barədə danışmağı sevmirəm. İndi orada penalti olması barədə dəqiq bir söz deyə bilmərəm. Gərək epizodun təkrarına baxım.
– Təkrarda penaltinin olduğunu görsəz, Ramin Musayevə şikayə edirsiz?
– Maraqlı suladı. Elə oyunlar olub ki, mətbuat konfransında etirazımı bildirmişəm. Amma bu, heç nəyi dəyişməyəcək. Necə ki, biz futbolçulara eyni səhvlərin təkrar olunmamasını tapşırırııq, hakimlər də bu səhvləri etməsinlər.
– Maaşların verilməməinin oyuna təsiri var?
– Az da olsa, futbolçunun fikri bu məsələdə qalır. Amma pulu fikirləşən futbolçular elə Birinci Divizionda da qalacaq.
– “Şəmkir”lə oynayacaqsız. Revanş barədə düşünürsüz?
– Biz komandaya adına görə qiymət vermirik. “Şəmkir” asan rəqib deyil. Premyer Liqaya vəsiqə uğrunda mübarizə aparırlar. Orada da stadion yaxşı deyil. Adi oyun kimi yanaşacağıq.
– Mövsümün əvvəlində deyilirdi ki, “Mil Muğan” növbəti mövsüm Premyer Liqada olacaq. Yayda belə bir sürpriz gözləmək olar?
– “Mil-Muğan” infrastruktur baxımından Premyer Liqada oynamağa hazırdı. Mən də elə bir sürpriz olmasını istəyərəm.
ELMAR ABDULLA-ZADƏ
- Ölkə futbolu2024-05-14 08:00
İcraiyyə Komitəsinin gözlənilən qərarları
- Ölkə futbolu2024-05-14 14:32
“Turan Tovuz”dan gedəcək futbolçuların siyahısı dəqiqləşir
- Ölkə futbolu2024-05-15 09:42
Klublarımızın rəqibləri bəlli olur: yalnız “Neftçi” səpələnmişlərdə olacaq
- Ölkə futbolu2024-05-15 15:38
AFFA 6 kluba lisenziya verdi