Bizi izləyin

I Liqa

İlk dəfə İmişlidə

İmişli – Bakıdan 250 km aralıda yerləşən Aran rayonu. Bud…

blank

İmişli – Bakıdan 250 km aralıda yerləşən Aran rayonu. Budəfəki səfərimiz oradı. Seçim isə səbəsiz deyil. PFL divizionda fevralın ən yaxşı qolunun müəllifi olan “Mil-Muğan”lı Kamil Nurəhmədovu 19-cu turun “Zaqatala” ilə ev oyunundan öncə mükafatlandıracaq, biz isə özümüz üçün yeni məkan kəşf edəcəyik. Hansı ki, içi mənqarışıq əksər həkarlarımızın heç vaxt yolu düşmədiyi bir yer…

blank

Fərqli qəbirstanlıqların “sakin”ləri
Təxminən, saat 09:30-da Bakıdan İmişliyə yola düşdük. Bizi qarşıda 3-4 saatlıq yol gözləyirdi… Amma kollektiv maraqlıdı insanlardan təşkil olunubsa, yolda keçən vaxtın fərqinə varmırsan. Bu dəfə də fərqli olmadı. Peşəkar Futbol Liqasının xüsusən divizion oyunlarına diqqət göstərməsi, jurnalistlər üçün səfər təşkil etməsi alqışlanası təşəbbüsdü.

İlk dəfə İmişlidə olduğumdan gördüyüm hər şey mənim üçün yenilik idi. Rayonda fərqli bir şey görməsəm də, ən çox diqqətimi cəlb edən yolun kənarındakı qəbirstanlıq oldu. Amma bilmədim ki, bu qəbirstanlıq “MKT-Araz”lı Artyom Bezrodnı sərxoş halda gecələdiyi məkandı, ya yox? Hansı ki, indi həm sözügedən klub, həm də futbolçu fərqli-fərqli qəbirstanlıqda “dəfn” və dəfn olunublar.

Sələfindən əmanət qalan baza
Düzdü, “pambıqçılar” canını tapşırsa da, İmişlidə futbol yaşayır, lap “MKT-Araz”ın adı kimi. İndi Aranın qəlbi “Mil-Muğan”la atır. Amma təəssüf ki, bu komandanın adına demək olar ki, ancaq rəsmi sənədlərdə rast gəlmək olar. 2006-cı ildə “MKT-Araz” üçün açılan stadionun hər yanında “MKT-Araz”ın adına rast gəlmək mümkündü.

blank

Söhbət bazadan düşmüşkən, imişlililərin şəraitini elita klubları ilə müqayisə etmək olar. Birvaxtlar beynəlxalq oyunlara da ev sahibliyi etmiş 8500 nəfərlik əsas və  süni örtüklü köməkçi meydançadan savayı, futbolçuların qalmağı, qidalanması üçün hər cür şərait var. Amma öt örtüyü demək olar ki, yararsız vəziyyətdədi. Komanda Premyer Liqaya buraxılacağı təqdirdə belə qazonda oyun keçirmək qeyri-mümkündü. Əsas meydançanın çox hissəsi qumdan ibarətdi. Amma vəziyyət heç də çıxılmaz deyil, təməl bazası olan kluba bir az diqqət və ya açıq desək, normal sponsor lazımdı. Hətta onu da qeyd etmək lazımdı ki, imişlililərin bütün yaş qruplarından ibarət komandaları, hətta qızlar komandası da fəaliyyət göstərir.

blank

Bizi qarşılayan Niyaməddin Musayev
Sabiq ölkə prezidenti Heydər Əliyevin adını daşıyan stadionda bizi ilk qarşılayan Niyaməddin Musayevin mahnıları oldu. Futbolçuların matçöncəsi isinmə hərəkətləri məhz əslən bu rayondan olan Musayevin mahnısının sədaları altında davam edirdi.

blank

Azarkeşlər
Matçın startı yaxınlaşdıqca tribunalar dolmağa başlayırdı. 10-12 il əvvəl olduğu kimi, dolu tribunalar görməsək də, divizion səviyyəsində normal azarkeşlik görmək mümkün oldu. Bir tərəfdə dayanmadan komandasını irəli səsləyən fan-klub əyləşmişdisə, üzbəüz sektorda əsasən pərakəndə şəkildə və daha çox yaşlı insanlar yer almışdı. Amma onların da çılğınlığını xüsusi vurğulamaq lazımdı. Düzdü, fan-klub qədər komplekləşmiş şəkildə olmasalar da, sevimlililərinin hücumlarına biganə qalmırdılar. 60-70 yaşlı ağsaqqalar hətta bəzən yerli, qonaq komanda demədən hər iki komandaların futbolçularını təhqir edirdi.

blank

Tək qol və polislərin çayxana keyfi
Matç qarşılıqlı hücumlarla başladı. Hər iki tərəf fərqlənməyə yaxın olsa da, ilk yarıda qol vurulmadı. Komandalar paltardəyişmə qolsuz yollandılar.

blank

İkinci hissə başlayanda tribunalarda polislər gözə dəymirdi. Asayiş keşikçiləri bazanın ərazisindəki çayxanada idilər. Bu məqam matçın hakim-inspektoru Sabir Mütəllimovun da diqqətindən yayınmamışdı. O, hətta polis mayoruna gileylənərək, ikinci hissənin başlamasına rəğmən, hələ də əməkdaşlarının öz yerlərini almamasını, hakimlər briqadasını da ikinci yarıya özünün çıxardığını bildirirdi.

blank

Qarşılaşmanın 2-ci 45 dəqiqəsi isə daha sərt keçdi. Xüsusilə də hesab açıldıqdan sonra… Komandalar meydanda bir-birlərini şaqqalamağa hazır idilər.

blank

Görüşün son dəqiqələri isə daha mübahisəli məqmalarla yadda qaldı. Hesabda geri düşən meydan sahibləri hamılıqla hücum altıldılar. Artırılmış dəqiqələrdə 2 dəfə ciddi cəhdlə baş hakim Ramil Diniyevdən penalti tələb edən imişlili futbolçuların bu istəyini yerinə yetirməyən fit sahibi oyunu elə bu hesabla da bitirdi – “Zaqatala” səfərdə layiq olduğu qələbəni qazandı.

blank

Matç bitdi, amma mövsüm davam edir. “Mil-Muğan” üçün yüksək pillələr əlçatmazdı. Lakin əsas odur ki, İmişlidə futbol yaşayır və yerli komandanın daha yaxşı olması üçün qayğıya ehtiyacı var.

ELMAR ABDULLA-ZADƏ, Bakı – İmişli – Bakı

blank

blank

blank

blank

blank

Reklam

Reklam


blank
Dünya futbolu2024-05-13 01:50

“Atletiko”dan çətin qələbə

blank
Dünya futbolu2024-05-13 01:33

PSJ doğma meydanda uduzdu

blank
Dünya futbolu2024-05-13 01:07

“Yuventus” autsayderlə də bacarmadı

blank
Dünya futbolu2024-05-13 00:51

“Bayer”dən darmadağın, “Bayern”dən inamlı qələbə

blank
Dünya futbolu2024-05-13 00:33

“Arsenal” “Mançester Yunayted”ə qalib gəldi

blank
Dünya futbolu2024-05-13 00:06

Renat qol vurdu, Şahruddin 6 top buraxdı, liderlər qalib gəldilər

blank
Digər idman növləri2024-05-12 23:25

Azərbaycan atleti Özbəkistanda qızıl medal qazandı

blank
Digər idman növləri2024-05-12 23:06

Azərbaycan çempionatında ilk medalçı bəlli oldu

blank
Premyer-liqa2024-05-12 22:47

“Futbolçular psixoloji olaraq çox yüklənib” – Samir Abasov

blank
Premyer-liqa2024-05-12 22:28

“Sumqayıt”dan daha yaxşı oynadıq” – Diniyev

blank
Premyer-liqa2024-05-12 22:09

“Səbail” “Sumqayıt”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2024-05-12 21:47

“Qəbələ”də 250-ci oyun

blank
Premyer-liqa2024-05-12 21:26

“Sumqayıt” “Səbail”ə qalib gəldi

blank
Premyer-liqa2024-05-12 20:47

“Oyuna nəzarət edirdik” – Sxadadze

blank
Premyer-liqa2024-05-12 20:01

“Çoxlu səhvlərə yol verdik” – Renduliç

blank
Premyer-liqa2024-05-12 19:48

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Dünya futbolu2024-05-12 19:21

Ertuğrul Sağlam yenidən Ramil Şeydayevin komandasında

blank
Premyer-liqa2024-05-12 18:58

“Qəbələ” “Sabah”a da qalib gəldi

blank
Dünya futbolu2024-05-12 18:00

Şeydayevin komandası baş məşqçisi ilə vidalaşdı

blank
Digər idman növləri2024-05-12 17:27

Qazi parakarateçilər ilk dəfə AÇ-də qızıl və gümüş medallar qazanıblar

blank
Digər idman növləri2024-05-12 16:54

Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazandı

blank
Milli komanda2024-05-12 15:31

Millimiz iki yoldaşlıq görüşü keçirəcək

blank
Digər idman növləri2024-05-12 15:00

Muradlı Avstriyada qalib oldu, Məmmədyarov üçüncü yeri tutdu

blank
Dünya futbolu2024-05-12 14:33

“Real” rekordunu təkrarladı

blank
Dünya futbolu2024-05-12 14:00

Səudiyyə Ərəbistanında çempion bəlli oldu

blank
Dünya futbolu2024-05-12 13:28

Messinin 11 oyunluq seriyası başa çatdı

blank
Digər idman növləri2024-05-12 13:00

Təbriz klubundan növbəti qələbə

blank
Dünya futbolu2024-05-12 12:44

Hüseynovlu “Arda”dan əzmkar qələbə

blank
Digər idman növləri2024-05-12 12:26

IWF prezidenti Azərbaycanda ağırlıqqaldırmanın infrastrukturu ilə tanış olacaq

blank
Digər idman növləri2024-05-12 12:00

“Ümid edirəm finalda yaxşı oyun sərgiləyəcəyik”

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm