Dünya futbolu
Nəsirovsuz "Sportinq"dən növbəti qələbə
Futbol üzrə Portuqaliya ikinci liqasında (Sequnda liqa) 31-ci t…
Futbol üzrə Portuqaliya ikinci liqasında (Sequnda liqa) 31-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Budaq Nəsirovun komandası – "Sportinq B" də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Vizeu" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:1.
Xeyli müddətdi zədəli olan Nəsirov bu matçın da iştirakçısı olmayıb.
Qeyd edək ki, "Sportinq"in ikinci komandası hazırda 37 xalla 22 komanda arasında 16-cı pillədə qərarlaşıb.