Premyer-liqa
“Kəpəz” Gəncədə son məşqə çıxdı
Sabah Topaz Premyer Liqasında 4-cü dövrəyə start veriləc…
Sabah Topaz Premyer Liqasında 4-cü dövrəyə start veriləcək. Futbolinfo.az xəbər verir ki, tur Gəncədə keçiriləcək oyunla başlayacaq. “Kəpəz” doğma divarlar arasında “Zirə”ni qəbul edəcək.
Bu oyunla bağlı hazırlığın əsas hissəsini Bakıda keçirən “sarı-göylər” bu gün Nizami yurduna gəlib və qarşılaşmanın baş tutacağı arenada son məşqinə çıxıb. Hazırlıq prosesi mətbuat və azarkeşlər üçün açıq xarakter daşıyıb.
Qarşıdakı matç öncəsi “Kəpəz”in heyətində bir zədəli futbolçu var. Söhbət Tural Qürbətovdan gedir. Dünən məşqdə zədələnən hücumçu bu səbəbdən Gəncəyə gətirilməyib.
Komandanın heyətində digər itki cəzalı olan Nicat Qurbanovdur. Bu ikilidən başqa bütün oyunçular görüşə hazırdırlar.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- I Liqa2024-05-22 18:22
“Şamaxı” I Liqanın qalibi oldu
- Müsahibə2024-05-23 08:00
Aleks Souza: “Menecerim danışmamağı tapşırıb”
- Ölkə futbolu2024-05-22 10:32
“Səbail”ə sponsor zərbəsi: büdcə azaldıldı
- Ölkə futbolu2024-05-21 16:00
“Qarabağ”ın ÇL-in yeni mövsümünə 2-ci mərhələdən başlaması ehtimalı böyükdür” – Asif Əsgərov