Ölkə futbolu
AZAL-ın vitse-prezidenti sektor müdiri oldu
Gənclər və İdman Nazirliyinin futbol sektorunun yeni müdiri b…
Gənclər və İdman Nazirliyinin futbol sektorunun yeni müdiri bəlli oldu. Futbolinfo.az xəbər verir ki,bu post dünə AZAL-ın vitse-prezidenti Fikrət Hüseynova həvalə edildi.
Sabiq sektor müdiri Nüvər Xasıyev tutduğu vəzifədən martın əvvəlində azad olunmuşdu. O, 65 yaşı tamamlandığı üçün təqaüdə göndərilib.
Fikrət bəyin bu posta təyinatı onun difər işinə mane olmayacaq. Hüseynov AZAL-dakı işini də davam etdirəcək.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin idman şöbəsi tabeliyində 6 sektor fəaliyyət göstərir. Nüvər Xasıyevdən əvvəl İradə Rüstəmzadə dopinqə qarşı mübarizə, Mütalib Həsənov isə idman məktəbləri sektorunun müdiri vəzifəsindən azad olunub. Nicat Həsənov silsiləvi və oyun idman növləri, Cəbrayıl Həsənov tətbiqi idman növləri, Aydın Məmmədov kütləvi bədən tərbiyəsi və texniki idman növləri sektorunun müdiri kimi fəaliyyətini davam etdirir. Kadr islahatları idman şöbəsinə olimpiya və ikiqat dünya çempionu Fərid Mansurovun rəhbərlik etməsindən sonra aparılıb.
- Ölkə futbolu2024-05-12 10:36
Mahir Xorvatiya çempionu oldu
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-12 08:45
Elxan Məmmədov – Mərdəkandan Kürdəxanıya yollanmaq üçün səbəb var