Dünya futbolu
Erat oynadı, "Duysburq" məğlub oldu
Almaniya üçüncü Bundesliqasında 27-ci turun oyu…
Almaniya üçüncü Bundesliqasında 27-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Tuğrul Eratın komandası – "Duysburq" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Holştayn"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.
Xeyli müddət idi oynamayan Erat bu görüşə start heyətdə başlayıb və sonadək oynayıb.
Qeyd edək ki, "Duysburq" 27 turdan sonra 47 xalla 20 klub arasında 1-ci pillədə qərarlaşıb.