Ölkə futbolu
AFFA-nın növbəti Hesabat Konfransı start götürüb
AFFA-nın növbəti Hesabat Konfransı start götürü…
AFFA-nın növbəti Hesabat Konfransı start götürüb. Futbolinfo.az xəbər verir ki, "Boulevard Hotel"də təşkil olunan tədbirin gündəliyinə bir neçə məsələ daxildi.
AFFA-nın Nizamnaməsinin 29-cu maddəsinə əsasən, Konfransın Gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
– Prezident tərəfindən salamlama
– Yığıncağın tərkibinin yoxlanılması
– İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması
– Maliyyə hesabatının təsdiq olunması
– Müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə almaq
– Növbəti ilin büdcəsinin təsdiq olunması
– Hər hansı vakant vəzifəyə seçkilər
– AFFA üzvlərinin təkliflərinin qəbul olunması
– Digər məsələlər
Konfransda İcraiyyə Komitəsində mövcud olan 1 vakant yerə seçki də keçiriləcək. Həmin vəzifəyə yeganə namizəd Azərbaycan Futzal Ferderasiyasının prezidenti Zaur Axundovdur.
Konfransdan dərhal sonra isə İcraiyyə Komitəsinin iclası keçiriləcək.