Premyer-liqa
“Neftçi”: İkisi birdən
“Neftçi” “Qəbələ” ilə oyunlardakı …
“Neftçi” “Qəbələ” ilə oyunlardakı iki uğursuz seriyaya son qoyub. Futbolinfo.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının XXII turunun ev oyununda 1:0 hesabı ilə qalib gələn “ağ-qaralar” əyalət klubu ilə matçlardakı qələbə həsrətini dayandırıb.
Son 5 çempionat matçında 4 dəfə uduzub, 1 heç-heçə edən paytaxt klubu son qələbəsini 2015-ci il dekabrın 13-də qazanmışdı – 1:0.
“Neftçi” yalnız 457 gündən sonra bu seriyaya son qoyub. Son zəfərini səfərdə əldə edən bakılılar evdə qalib gəlməkdə də çətinlik çəkirdi.
Öz meydanındakı son 4 matçda xala da həsrət qalan “Neftçi” 6 oyun idi qonaqlar yenə bilmirdi. 6 görüşdə vur-tut 1 xal əldə edən paytaxt klubu 2013-cü il dekabrın 15-dən sonra evdə sevinmirdi.
2:1 hesablı qələbədən sonra bakılılar 1185 gün gözləməli olub. Apasport