Milli komanda
Renat Dadaşov: "Ürəyim Azərbaycanla döyünür"
“Hamı məndən Azərbaycan millisini seçməyimin səbəb…
“Hamı məndən Azərbaycan millisini seçməyimin səbəbini soruşur. Azərbaycan mənim vətənimdir, valideyinlərim burada doğulub, ürəyim Azərbaycanla döyünür. Düzgün qərar verdiyimi düşünürəm".
Futbolinfo.az xəbər verir ki, bu sözləri millimizin yeni üzvü Renat Dadaşov "CBC Sport"a açıqlamasında deyib. Frankfurtun “Ayntraxt” klubunun U-19 komandasının oyunçusu DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Almaniyaya qarşı keçiriləcək matç barədə danışıb. O, bu görüşü səbrsizliklə gözlədiyini bildirib:
"Öz oyunumuzu göstərsək, yaxşı nəticə əldə edə bilərik. 90 dəqiqə ərzində bütün bacarığımızı ortaya qoyacağıq. Nəticəni isə zaman göstərəcək”.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan – Almaniya oyunu martın 26-da, saat 20:00-da başlayacaq.
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-13 19:32
Rövşən Nəcəf: “Premyer Liqada iştirak edəcək klubların sayında artım olmayacaq”
- Ölkə futbolu2024-05-14 08:00
İcraiyyə Komitəsinin gözlənilən qərarları