Milli komanda
Almaniya millisi daha bir futbolçusunu itirdi
Martın 26-da DÇ-2018-in seçmə mərhələsi çər…
Martın 26-da DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycan millisinin qonağı olacaq Almaniya yığması daha bir itki ilə üzləşib. Futbolinfo.az xəbər verir ki, Timo Verner də yığmamıza qarşı oynaya bilməyəcək.
Buna səbəb onun ötən gün İngiltərə ilə yoxlama görüşündə zədələnməsidir. Bu oyunda debüt edən futbolçu 77-ci dəqiqədə əvəzlənmək məcburiyyətində qalıb. Matçdan sonra isə baş məşqçi Yoahim Löv 21 yaşlı hücumçunun millimizə qarşı oynamayacağını deyib və futbolçunun düşərgədən ayrılmasına qərar verib.
Qeyd edək ki, İngiltərəyə qarşı oynaya bilməyən Məsut Özil və Mario Qomesin bu gündən məşqlərə başlaması nəzərdə tutulub. Sami Xedira və Yulian Drakslerin də bərpa prosesi davam edir.