Milli komanda
Prosineçki: "Almaniya ilə matç Azərbaycan üçün əsl tamaşa olacaq"
Azərbaycan yığmasının baş məşqçisi Robert Prosine&ccedi…
Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Almaniyaya qarşı keçiriləcək oyun öncəsi məşhur "Kicker" nəşrinə açıqlama verib. Futbolinfo.az xəbər verir ki, xorvatiyalı mütəxəssis qarşıdakı oyunda rəqib komandanın favorit olduğunu deyib:
"Almaniya həmişə favoritdir. Biz isə bacardığımızın ən yaxşısını göstərməyə cəhd edə bilərik. İstərdik ki, matçdan sonra almanlar oyunun asan alınmadığını desinlər. Bu görüş Azərbaycan üçün əsl tamaşa olacaq. Almaniyaya uduzmasaq, bu, ölkədə partlayışa səbəb olacaq. Əksər azarkeşlər düşünür ki, biz artıq Rusiyada keçiriləcək mundialın final mərhələsindəyik. Amma bu haqda danışmaq tezdi”.
Xatırladaq ki, martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Almaniya matçı saat 20:00-da başlayacaq.
- Ölkə futbolu2024-05-12 10:36
Mahir Xorvatiya çempionu oldu
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-12 08:45
Elxan Məmmədov – Mərdəkandan Kürdəxanıya yollanmaq üçün səbəb var