Milli komanda
Çexiyanın baş məşqçisi: "Qrup ikincisi ola bilərik"
“Futbolçularım qələbə üçün ac idilə…
“Futbolçularım qələbə üçün ac idilər. Vacib 3 xal qazandıq. İkinci pilləni ələ keçirmək üçün yaxşı imkanımız var”. Futbolinfo.az xəbər verir ki, bu sözləri millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən olan Çexiya yığmasının baş məşqçisi Karel Yarolim deyib.
Yarolimin komandası 5-ci tur çərçivəsində səfərdə San Marinonu darmadağın edib – 6:0. Oyundan sonra açıqlama verən 60 yaşlı çalışıdırıcı rəqibin çətin komanda olduğunu vurğulayıb:
“Xeyr, rəqibimiz həvəskar komanda deyil. Dünya futbolunda sürpriz nəticələr qeydə alınır. San Marino hava toplarında təhlükəlidi və biz bunu bilirdik. Məsələn, Azərbaycan San Marinonu çox çətinliklə məğlub etmişdi – 1:0. Norveç isə sona 10 dəqiqə qalmış qələbə topunu vurmağa müvəffəq olmuşdu. Rəqibə hörmətlə yanaşırdıq”.
Mütəxəssis qrupdakı vəziyyətdən də danışıb: “Qrupda vəziyyət gərgindi. Bizi Norveçlə çətin səfər qarşılaşması gözləyir. Şimali İrlandiya isə Bakıda çətin sınaq qarşısında olacaq. Qalib gəlsək, qrup 2-cisi ola bilərik”.