Ölkə futbolu
Elxan Məmmədov UEFA İcraiyyə Komitəsinə seçilə bilmədi
Bu gün UEFA-nın növbəti konqresi keçirilib. Futboli…
Bu gün UEFA-nın növbəti konqresi keçirilib. Futbolinfo.az xəbər verir ki, qitə futbol qurumunun ən ali təbdbirində UEFA İcraiyyə Komitəsinə seçkilər də baş tutub.
AFFA-nın baş katibi Elxan Məmmədovun da namizədliyini irəli sürdüyü seçkidə 12 federasiya rəsmisi 8 vakant yer üçün mübarizə aparıb. Bunlar Karl-Erik Nilson (İsveç), Reinhard Qrindel (Almaniya), Mişel Uya, (İtaliya), Con Delaney (İrlandiya), Zbinqnievn Boniek (Polşa), David Gill (İngiltərə), Elxan Məmmədov, (Azərbaycan), Servet Yardımcı (Türkiyə), Kayrat Boranbayev (Qazaxıstan), Armand Duka (Albaniya), Kieran O'Konnor (Uels) və Mixael Van Praq idi (Hollandiya). UEFA-nın İcraiyyə Komitəsinə üzvlərdən olan qazaxıstanlı Kayrat Boranbaqey qısa çıxış edərək, namizədliyini geri götürdüyünü bildirib. Bununla da namizədlərin sayı 11-ə enib.
Finlandiyanın Helsinki şəhərində keçirilən tədbirdə 24 səs toplayan Elxan Məmmədov UEFA-nın İcraiyyə Komitəsinə üzv seçilə bilməyib. Con Delani (İrlandiya), Zibiqnev Bonek (Polşa), Devid Hill (İngiltərə), Raynhart Qrindel (Almaniya), Karl Erik Nilson (İsveç), Mişel Uva (İtaliya), Maykl van Praaq (Hollandiya) və Sərvət Yardımçı (Türkiyə) komitənin yeni üzvləri seçiliblər.
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Ölkə futbolu2024-05-10 16:20
Kadinin meneceri: “Hələlik “Qarabağ”la danışmamışıq”