Ölkə kuboku
“Qəbələ” ilk dəfə Roman Qriqorçukla
“Qəbələ” tarixində ikinci dəfə Azərbaycan Kubokunun…
“Qəbələ” tarixində ikinci dəfə Azərbaycan Kubokunun finalına yüksəlib. Futbolinfo.az "Apasport"a istinadla xəbər verir ki, bu, “İnter”lə yarımfinal mərhələsinin cavab oyununda rəsmiləşib.
İlk görüşdə 3:1 hesabı ilə qalib gələn Roman Qriqorçukun yetirmələri doğma azarkeşləri önündə keçirdiyi cavab matçında da 2 cavabsız qolla qələbə qazanıb. Bununla da, “qırmızı-qaralar” yenidən həlledici qarşılaşmaya vəsiqə əldə edib.
Qriqorçukun rəhbərliyi altında ilk dəfə bunu bacaran “Qəbələ”nin buna qədər yeganə uğuru 2013/14 mövsümünə təsadüf etmişdi. Əyalət təmsilçisi həmin vaxt həlledici görüşdə “Neftçi” ilə qarşılaşmışdı. Yuri Syominin baş məşqçisi olduğu oyun 1:1 hesabı ilə başa çatdığından, kubokun qalibi penaltilər seriyası ilə müyyənləşmişdi. “Lotoreya”da “ağ-qaralar” 3:2 hesabı ilə qalib gəlmişdilər.