Dünya futbolu
"Duqopolye" Cəfərovsuz qalib gəldi
Futbol üzrə Xorvatiya ikinci liqasında 26-cı turun oyunları k…
Futbol üzrə Xorvatiya ikinci liqasında 26-cı turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Elnur Cəfərovun komandası – "Duqopolye" də növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Sesvete" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.
Elnurun adı bu matçın iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, "Duqopolye" geridə qalan turlarda topladığı 39 xalla 12 klub arasında 5-ci pillədə qərarlaşıb.