Premyer-liqa
Mahir Şükürov hədəfdə
"Neftçi"nin baş məşqçisi Elxan Abdullayev &…
"Neftçi"nin baş məşqçisi Elxan Abdullayev "Kəpəz"lə matça qəribə heyət buraxıb. Bir çox legionerləri ehtiyata atan çalışdırıcı Mahir Şükürovu sağ cinahda oynadır. Bu səbəbdən müdafiənin sol cinahı Məqsəd İsayevə tapşırılıb.
Maraqlıdı ki, "Kəpəz" də rəqibi məhz cinah hücumları hesabına üstələyir. Xüsusilə Mahirin yer aldığı cinah "su yolu"na döndərilib. Veteran futbolçunun sürətli hücumlar qarşısında çatdırmadığı aşkar görünür.
Epizodların birində Orxan Əliyevi kobudluqla dayandıran Mahirə gəncəli azarkeşlərdən "dəstək gəldi". Onlar istehza ilə hakimi tənqid etdilər: "Yaşlı adamdı, işin olmasın, məşq etmir, toyuq saxlayır, çatdırmır da…" Oyuna fərqli rəngli butslarda çıxan Şükürov buna görə də məzhəkə obyekti oldu. "Yaşıl-qırmızı Mahir", "ayaqqabılarını taykeş geymisən" şüarları ilə gəncəlilər Şükürovun əsəbləri ilə oynayır.