Dünya futbolu
Dmitri Nazarov dubla, komandası darmadağına imza atdı – VİDEO
Futbol üzrə Almaniya ikinci Bundesliqasında 28-ci turun oyunlar…
Futbol üzrə Almaniya ikinci Bundesliqasında 28-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası – "Ersgebirge" də növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "1860 Münhen"lə qarşılaşıb. Futbolçumuzun klubu bu oyundan qələbə ilə ayrılıb – 3:0.
Nazarov start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Qarşılaşmada hesabı 42-ci dəqiqədə penaltidən fərqlənən Dmitri açıb. Elə oyunda son nöqtəni də 73-cü dəqiqədə dublunu rəsmiləşdirən futbolçumuz vurub.
Qeyd edək ki, "Ersgebirge" 28 turdan sonra 32 xalla 18 klub arasında 15-ci pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-05-12 10:36
Mahir Xorvatiya çempionu oldu
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-12 08:45
Elxan Məmmədov – Mərdəkandan Kürdəxanıya yollanmaq üçün səbəb var