Dünya futbolu
Dadaşovun komandası çətin qələbəyə sevindi
Almaniyanın Şimal-Şərq Regional Liqasında 27-ci turun oyunları k…
Almaniyanın Şimal-Şərq Regional Liqasında 27-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun klubu – "Moyzelvits" də növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda Leypsiq "Lokomotiv"i ilə qarşılaşıb. Futbolçumuzun klubu bu oyundan qələbə ilə ayrılıb – 2:1.
Oyuna start heyətdə başlayan Dadaşov 87-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Moyzelvits" hazırda 34 xalla 18 komanda arasında 12-ci pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-05-12 10:36
Mahir Xorvatiya çempionu oldu
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-12 08:45
Elxan Məmmədov – Mərdəkandan Kürdəxanıya yollanmaq üçün səbəb var