Ölkə futbolu
Əsəbi və gərgin
“Həm qələbə, həm də final mərhələsinə vəsiqə qazanma…
“Həm qələbə, həm də final mərhələsinə vəsiqə qazanması münasibətilə Azərbaycan milli komandasını təbrik edirəm”. Bu sözləri futzal üzrə Macarıstan millisinin baş məşqçisi Sito Rivero deyib.
AÇ-2018-in seçmə mərhələsində millimizlə qarşılaşan macarlar meydanı 1:6 hesablı məğlubiyyətlə tərk ediblər.
Matçdan sonra çalışdırıcı fikirlərini bölüşüb: “Oyuna gəldikdə isə, ikinci hissənin ortalarına qədər 5-in 4-ə çıxış edirdik. Hiss edirdim ki, oyunçularım əsəbi və gərgindirlər. Rəqibin vurduğu dördüncü qoldan sonra mübarizə bizim üçün bitdi. Azərbaycan millisinin üzvləri yüksək səviyyədə çıxış etdilər və onlar istənilən rəqibə qarşı mübarizə aparacaq gücdədirlər. Biz isə pley-off mərhələsindəki rəqibimizi gözləyəcəyik”.