Müsahibə
Ağabala Ramazanov: "Bunu özümə borc bildim"
“İlk dəfə idi çempion olurdum. Komanda yoldaşlarımı…
“İlk dəfə idi çempion olurdum. Komanda yoldaşlarımı və bütün “Qarabağ” azarkeşlərini təbrik edirəm. Çempion olmaq gözəl hissdi”. Futbolinfo.az xəbər verir ki, bu sözlər “Qarabağ”ın futbolçusu Ağabala Ramazanova məxsusdu.
Ağdam klubu Topaz Premyer Liqasının 26-cı turunda səfərdə “İnter”i böyük hesabla (3:0) məğlub edib və mövsümün sonuna 2 tur qalmış çempionluğunu rəsmiləşdirib. Matçdan sonra saytımıza açıqlama verən millimizin futbolçusu qış transfer dönəmində transfer olduğu “Qarabağ”ın çempionluğundakı rolundan danışıb:
“Əlbəttə ki, çempionluqda mənim də əziyyətim az olmayıb. Klubumuzda bunu dəyərləndirirlər. Buna görə hər kəsə təşəkkür edirəm”.
Ramazanov oyunun gedişində əvəzləndiyi zaman sabiq klubunun texniki zonasına gedib və məşqçilər heyəti ilə görüşüb. Yarımüdafiəçi həmin hərəkətini belə izah edir: “Sırf minnətdarlığımı bildirmək üçün “İnter”in texniki zonasına getdim. Çünki Zaur Svanadze müsahibəsində mənə təşəkkür etmişdi. O, məni düşünübsə, mənim qarşılıq verməməyim, fikrimcə, hörmətsizlik olardı. Mən onları “bürünc”ü təmin etdikləri üçün, onlar da məni çempion olduğum üçün təbrik etdilər. “İnter”dən ayrılanda hallalaşdığı üçün, onlarla heç bir problemim yoxdu. Mən bu hərəkəti özümə borc bildim. Çünki “İnter”in üzərimdə əziyyəti çoxdu”.
Ramazaov bildirib ki, bundan sonra öz oyununda daha da artım olacaq: “Elə bir xasiyyətim yoxdu ki, “ulduz xəstəliyi”nə tutulum. Çalışacağam ki, davamlı uğurlar qazanım”.
Ağabala ölkə kubokun finalında mayın 5-də “Qəbələ”yə qarşı keçirəcəkləri oyun barədə də fikir bildirib: “Final Naxçıvanda olacaq. “Xəzər Lənkəran”ın heyətində superkubokun finalında həmin stadionda oynamışam. Həmin vaxt meydançanın durumu ideal deyildi, amma indiki vəziyyətdən xəbərsizəm. Çalışacağıq ki, daha bir kubok qazanaq”.
ELMAR ABDULLA-ZADƏ
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Ölkə futbolu2024-05-10 16:20
Kadinin meneceri: “Hələlik “Qarabağ”la danışmamışıq”