Dünya futbolu
Nəsirovsuz "Sportinq"dən inamlı qələbə
Futbol üzrə Portuqaliya ikinci liqasında (Sequnda liqa) 38-ci t…
Futbol üzrə Portuqaliya ikinci liqasında (Sequnda liqa) 38-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Budaq Nəsirovun komandası – "Sportinq B" də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Vitoriya Gimaraynş"ın ikinci komandası ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:0.
Nəsirovun adı bu matçın iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, "Sportinq"in ikinci komandası hazırda 53 xalla 22 komanda arasında 12-ci pillədə qərarlaşıb.