Dünya futbolu
AEL Amit Quluzadəsiz qalib gəldi
Futbol üzrə Yunanıstan çempionatında 29-cu turun oyunla…
Futbol üzrə Yunanıstan çempionatında 29-cu turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Amit Quluzadənin komandası – AEL də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Ksanti" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.
Amitin adı bu qarşılaşmanın iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, AEL geridə qalan turlarda topladığı 28 xalla 16 klub arasında 13-cü pillədə qərarlaşıb.