Dünya futbolu
Emin Mahmudov oynadı, "Boavişta" uduzdu
Futbol üzrə Portuqaliya çempionatında 30-cu turun oyunla…
Futbol üzrə Portuqaliya çempionatında 30-cu turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Emin Mahmudovun komandası – "Boavişta" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Vitoriya Gimaraynş" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.
Emin bu görüşə start heyətdə başlasa da, 55-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Boavişta" hazırda 35 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.