Premyer-liqa
Diniyev üçün mövsüm bitdi
Topaz Premyer Liqasının 27-ci turunda AZAL-a qarşı matç…
Topaz Premyer Liqasının 27-ci turunda AZAL-a qarşı matçda zədələnən “Kəpəz”in futbolçusu Kərim Diniyev tibbi müayinədən keçib. Onun sağ ayağında ikinci dərəcəli əzələ gərilməsi qeydə alınıb.
Son hazırlıqda iştirak edə bilməyən Kərim fərdi halda məşqlərə başlayıb. O, həkim nəzarəti altında çalışır. Amma güman ki, futbolçu son turda meydana çıxa bilməyəcək.
“İnter"lə matç hər nə qədər vacib olsa da, məşqçilər futbolçunun sağlamlığını riskə atmaq istəmir. Ardıcıl bir neçə oyuna iynə hesabına çıxan yarımmüdafiəçiyə artıq bu da kömək etmir. Bu səbəbdən Kərim üçün mövsümü indidən bitmiş hesab etmək olar.
- Ölkə futbolu2024-05-12 10:36
Mahir Xorvatiya çempionu oldu
- Premyer-liqa2024-05-11 18:55
“Araz-Naxçıvan” “Turan Tovuz”a uduzdu
- Ölkə futbolu2024-05-12 08:45
Elxan Məmmədov – Mərdəkandan Kürdəxanıya yollanmaq üçün səbəb var
- Digər idman növləri2024-05-11 15:30
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər