Dünya futbolu
Ufuk oynadı, komandası uduzdu
Futbol üzrə Türkiyə 1-ci liqasında 31-ci turun oyunları …
Futbol üzrə Türkiyə 1-ci liqasında 31-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq müdafiəçisi Ufuk Budağın komandası – "Manisaspor" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Altınordu" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.
Start heyətdə meydana çıxan Ufuk 90 dəqiqə oynayıb.
"Manisaspor" hazırda 33 xalla 18 klub arasında 13-cü pillədə qərarlaşıb.