Ölkə futbolu
“Qarabağ” üçün ilk imkanı
“Qarabağ” kubokun bu gün keçiriləcək final?…
“Qarabağ” kubokun bu gün keçiriləcək finalında “Qəbələ”yə qalib gəlsə, ölkə futbolu tarixinə ardıcıl üç “Qızıl dubl” müəllifi olan ilk komanda kimi düşəcək. Ağdam təmsilçisi dünyanın bunu bacaran 38-ci komandası olacaq.
İndiyədək dünyanın 37 komandası ardıcıl 3 və daha artıq ildə mövsümü hər iki titulu qazanmaqla başa vurub. Söhbət yalnız iki yarışı – çempionat və kuboku olan ölkələrdən gedir. Liqa kuboku da təşkil olunan ölkələr isə tripl müəlliflərinə aiddi.
“Qarabağ” son iki mövsümdə olduğu kimi, çempionluqla bərabər kuboku da əldə etsə, 7-ci yerə şərik olacaq. Çünki yalnız 6 klub ardıcıl dubl sayında öndə qərarlaşıb. 3 belə uğuru olan 31 kluba qoşulacaq ağdamlılar 7-38-ci yerlərin şəriklərindən biri kimi tarixə düşəcək.
Qızıl dubl sayında dünya rekordu isə Tiflis “Dinamo”su ilə “Paxtakor”a məxsusdu. Onlar müvafiq olaraq, Gürcüstan və Özbəkistanda 6 mövsüm ardıcıl çempionluqla kuboku bayram edib. Daha iki komanda 5, ikisi isə 4 mövsüm uğurları sıralayıb. Bu komandalar ikinci, üçüncü dərəcəli futbol ölkələrini təmsil edənlərdi.
Artıq üç dublu sıralayan 31 komanda arasında isə Kiyev və Zaqreb “Dinamo”su, “Şaxtyor”, “Styaua”, “Zalsburq”, “Şerif”, “Skonto”, “Olimpiakos” kimi tanış klublar da var. Bu 31 klubdan bəziləri bir neçə dəfə belə uğurlu seriyaya imza atıb (apasport).