Dünya futbolu
ÇL-də finalın adı: "Real" – "Yuventus"
Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsi…
Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulub. Futbolinfo.az xəbər verir ki, son gündə bir görüş baş tutub.
Son finalçının adına Madrid derbisində aydınlıq gəlib. Belə ki, İspaniyanın "Atletiko" klubu öz meydanında bu ölkənin digər nəhəngi "Real"la qarşılaşıb. Bir həftə öncəki derbidə darmadağınla qalib gələn "ağ-qaralar"ın finala çıxması daha inandırıcı görünürdü. "Atletiko" cavab görüşünə fırtına kimi başlayıb və iki erkən qolla sürprizə imza atmağa çalışıb. Amma onların gücü bundan artığına çatmayıb. Fasilədən sonra hesab arasındakı fərqi azaldan "Real" bununla həm də intriqanı heçə endirib. Nəticədə, 1:2 hesabıyla uduzmasına baxmayaraq, ümumi nəticədə üstün olan "Real" adını finala yazdırıb.
Xatırladaq ki, ÇL-in ilk finalçısı isə "Monako"nu mübarizədən kənarlaşdıran "Yuventus" olmuşdu. Beləliklə, həlledici oyunda iki "ağ-qara" komanda – "Yuventus" və "Real" üz-üzə gələcək.
UEFA Çempionlar Liqası
Yarımfinalın cavab oyunu
10 may
“Atletiko” – “Real” – 2:1
Qollar: Saul, 12 (1:0). Qrizmann, 16-pen. (2:0). İzko, 42 (2:1).
İlk oyun – 0:3.
9 may
“Yuventus” – “Monako” – 2:1
İlk oyun – 2:0.
Xatırladaq ki, ÇL-in finalı iyunun 3-də Kardiffdə keçiriləcək.