Ölkə futbolu
Kamranın yeni klubu bəlli oldu
Kamran Abdullazadənin yeni klubunun adı bəlli olub. Futbolinfo.az x…
Kamran Abdullazadənin yeni klubunun adı bəlli olub. Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçi bundan sonra “Kəpəz”də çıxış edəcək.
Bu haqda məlumatı oyunçu “Facebook”dakı profilində paylaşıb. Artıq tərəflər yeni müqavilə də imzalayıblar. Müqavilənin müddəti isə 1 illik nəzərdə tutulub.
Qeyd edək ki, ötən mövsümü “Sumqayıt”da keçirən Abdullazadə baş məşqçi Samir Abasovla məşqlərdən birində mübahisə etdiyinə görə komandadan ayrılmışdı.