Dünya futbolu
“Bavariya”nın futbolçusu mövsümü erkən başa vurdu
“Bavariya”nın ispaniyalı yarımmüdafiəçisi …
“Bavariya”nın ispaniyalı yarımmüdafiəçisi Xavi Martines mövsümü bağlayıb. Futbolinfo.az xəbər verir ki, buna səbəb oyunçunun zədələnməsidi.
Klubdan verilən açıqlamada Martinesin ötən həftə ölkəsi İspaniyada etdiyi dağ gəzintisi zamanı körpücük sümüyünü qırdığı deyilir. 28 yaşlı oyunçunun artıq Münhendə əməliyyat edildiyi də bildirilib.
Qeyd edək ki, futbolçu 2012-ci ildən “Bavariya”nın şərəfini qoruyur.