Ölkə futbolu
Emin Mahmudov “Boavişta”da qaldı
Azərbaycan millisinin futbolçusu Emin Mahmudovun formasını g…
Azərbaycan millisinin futbolçusu Emin Mahmudovun formasını geyindiyi “Boavişta”nın 2017/2018 mövsümü üçün hazırlıq planı açıqlanıb. Portu təmsilçisinin rəsmi saytının məlumatına görə, komanda iyunun 29-da bir araya gələcək.
Baş məşqçi Migel Leal hazırlıq prosesinin ilkin mərhələsinə 15 futbolçu cəlb edib ki, onların arasında Emin Mahmudov da var. Bu isə o deməkdir ki, 25 yaşlı yarımmüdafiəçi daha bir mövsüm “Boavişta”da çıxış edəcək. İyulun 2-dək tibbi baxışdan keçəcək futbolçular ertəsi məşqlərə başlayacaqlar.
Emin Mahmudov ötən ilin iyunundan Rusiyadan – “Mordoviya”dan Portuqaliya klubuna keçib və 2 illik müqaviləyə imza atıb. Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev də Portu təmsilçisi ilə birillik müqavilə bağlasa da, bir müddət əvvəl onunla işbirliyinə xitam verilib.