Ölkə futbolu
"Portu"nun yeni baş məşqçisi bəllidi
"Portu" axtardığı baş məşqçini İngiltərədə …
"Portu" axtardığı baş məşqçini İngiltərədə tapıb. Klub bu mövsüm Premyer Liqa ilə vidalaşan "Hall Siti"nin çalışdırıcısı Marko Silva ilə razılığa gəlib.
39 yaşlı mütəxəssis hələ 5 ay əvvəl "Hall Siti"ni çox çətin durumda götürmüş və son ana qədər yüksək dəstədə qalmaq uğrunda mübarizə aparmışdı. Bu səbəbdən "Sauthempton" və "Uotford" onunla yaxından maraqlanırdı. O, Premyer Liqada qalmaq istəsə də, “Portu”dan gələn cəlbedici təklifə "yox" deyə bilməyib.
Əslində, Portuqaliya heç də Silvaya yad yer deyil. Belə ki, mütəxəssis bundan öncə Portuqaliyada "Eştoril", "Sportinq" kimi komandaları çalışdırıb. O, Yunanıstan "Olimpiakos"unda da baş məşqçi işləyib.