Ölkə futbolu
“Futbol vecimə deyil”
"Rahat qələbə qazandıq. Yaxşı və ağıllı oynadıq. Qəl?…
"Rahat qələbə qazandıq. Yaxşı və ağıllı oynadıq. Qələbəyə layiq idik. Artıq istirahət edəcəm" – bu sözləri "Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo Avropa Liqasının finalında "Ayaks"a 2:0 hesabı ilə qalib gələrək kuboku qazandıqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
“Çempionlar Liqasında iştirak etmək əsas hədəfimiz idi, biz də Premyer Liqada 3 və ya 4-cü yerləri tutmaqdansa, bu yolla hədəfimizə çatmağı seçdik. Bunu bacardıq və üstəlik, vacib bir titul da qazandıq” – deyə o bildirib.
Portuqaliyalı mütəxəssis məşqçi kimi ən çətin mövsümünü keçirdiyini söyləyib: "Çətin mövsümü yaxşı sonlandırdıq. Çempionlar Liqasına geri dönürük. Bir mövsüm də üç kubok aldığımız üçün xoşbəxtəm".
O, komandanın transfer planları haqda da danışıb: "2 ay əvvəldən transfer siyahımı klub rəhbərliyinə təqdim etmişəm. Qrizmannın transferi barədə isə danışmaq istəmirəm. Çünki "Atletiko"ya hörmətsizlik olar. Hazırda futbol vecimə deyil, istirahət vaxtıdır".