Ölkə futbolu
Mourinyodan yeni rekordlar
"Mançester Yunayted"in baş məşqçisi Joze Mo…
"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo Avropa Liqasının tarixinə düşüb. Portuqaliyalı mütəxəssis finalda "Ayaks"a 2:0 hesabı ilə qalib gəldiyi mayın 24-də 54 yaş 118 günlüyündə olub.
Bunadək turniri qazanan ən "qoca" baş məşqçi ispaniyalı Rafael Benites olub. O, Mourinyonun uzun müddət çalışdırdığı "Çelsi"ni 2013-cü ildə Avropa Liqasının qalibi edəndə 53 yaş 21 günlüyündə idi.
Mourinyo "Portu" və "İnter"lə ÇL-i, "Portu" ilə UEFA kuboku, "Mançester Yunayted"lə Avropa Liqasını qazanıb. O, həm də 3 fərqli klubla avrokuboklarda qalib olmuş 3-cü məşqçi olub. Bundan başqa, Mourinyo Avropa Liqası (UEFA kuboku) və Çempionlar Liqasını bir dəfədən çox qazanan ilk mütəxəssis kimi tarixə düşüb. Buna qədər isə eyni uğuru Rafael Benites (“Valensiya” ilə UEFA kuboku – 2004, “Liverpul” ilə Çempionlar Liqası – 2005 və “Çelsi” ilə Avropa Liqası – 2013) və Udo Lattek (“Bavariya” ilə Çempion Klublar Kuboku – 1974, “Borussiya” ilə UEFA kuboku – 1979 və “Barselona” ilə Kuboklar Kuboku – 1982) qazanıb.