Ölkə futbolu
Dəniz Yılmaza daha bir müştəri
"Bursaspor"un əsas komandasından uzaqlaşdırılan millimi…
"Bursaspor"un əsas komandasından uzaqlaşdırılan millimizin üzvü Dəniz Yılmaz daha bir təklif alıb. 29 yaşlı forvardı indi də Super Liqada mübarizə aparan "Antalyaspor" istəyir.
Yılmazın xidmətində daha öncə "Osmanlıspor" maraqlı idi. Mövsmün əvvəlində "Bursaspor"un "sükanı arxasında” olan, hazırda isə "Osmanlıspor"da çalışan Hamza Hamzaoğlu forvardı yenidən sərəncamında görmək istəyir.
Dəniz Yılmazın "Bursaspor"la müqaviləsi gələn mövsümün sonunda başa çatacaq. Hücumçu cari mövsüm ərzində 19 matçda forma geyinib və 4 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.