Dünya futbolu
Dəniz Yılmazın klubu elitada qaldı
Futbol üzrə Türkiyə Super Liqasında mövsümü…
Futbol üzrə Türkiyə Super Liqasında mövsümün sonuncu – 33-cü turunun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın komandası – "Bursaspor" da son matçına çıxıb.
Bursa klubu səfərdə "Trabzonspor"la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.
Əsas komandadan uzaqlaşdırılan Yılmazın adı bu görüşün də iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Bursaspor" mövsümü 38 xalla 18 klub arasında 15-ci pillədə başa vurub. Bu komanda son turda uduzacağı halda elitanı tərk edəcəkdi. Lakin bursalılar son anda toparlanaraq buna imkan verməyiblər.