Ölkə futbolu
"Sumqayıt"dan qovuldu, "Kəpəz"ə keçdi
"Sumqayıt"ın heyətdən göndərdiyi Sergey Çer…
"Sumqayıt"ın heyətdən göndərdiyi Sergey Çernışevin yeni klubunun adına aydınlıq gəlib. U-21 millimizin sabiq üzvü "Kəpəz"də çıxış edəcək. 21 yaşlı yarımmüdafiəçi Gəncə təmsilçisiylə 1 illik müqavilə bağlayıb (sportal).
"Sumqayıt" Çernışevi 2017-ci ilin qış transfer pəncərəsində heyətinə qatmışdı. Sergeyin komandadan qovulmasına səbəb onun intizamsızlığı olub. Zədəsini gec sağaldan və düşərgəyə qayıtmayan futbolçunu komandanın baş məşqçisi Samir Abasov heyətdə görmək istəməyib.
Çernışev "Sumqayıt"ın heyətində 9 oyun keçirib və 1 qol vurub.
Qeyd edək ki, 1990-cu ildə Bakıda doğulmuş Çernışev karyerası ərzində, "Rəvan", "Taqanroq" (13 oyun, 4 qol), "Dinamo QTS" (28 oyun, 3 qol), "Lokomotiv" (8 oyun, 1 qol) və "Drujba"nın (15 oyun, 2 qol) şərəfini qoruyub. Sergey həmçinin, U-21 millimizdə də çıxış edib.